AZ

Hikmət Hacıyev İran XİN-in Siyasi və Beynəlxalq Araşdırmalar Mərkəzinin rəhbəri ilə görüşdü

BAKI, 6 may. TELEQRAF

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İran Xarici İşlər Nazirliyinin Siyasi və Beynəlxalq Araşdırmalar Mərkəzinin rəhbəri, nazir müavini Səid Xətibzadə ilə görüşüb.

Teleqraf xəbər verir ki, bu barədə İranın Azərbaycandakı səfirliyi məlumat yayıb.

Görüş zamanı Azərbaycanla İran arasında ikitərəfli əməkdaşlıq və regional gündəlikdəki məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Seçilən
0
21
teleqraf.com

10Mənbələr