ABŞ prezidenti Donald Trampın idxal olunan filmlərə rüsum tətbiq etmək planları digər ölkələrin cavab tədbirləri görməsinə səbəb ola və Hollivud studiyalarının əsas gəlir mənbəyini təhdid edə bilər.AFN.az xəbər verir ki, bu barədə "Axios" məlumat yayıb.Portal Ağ Evin sözçüsü Kuş Desaidən sitat gətirib: “Administrasiya Hollivudu əvvəlki əzəmətinə qaytarmaqla yanaşı, prezident Trampın milli və iqtisadi təhlükəsizliyi qorumaq mandatını yerinə yetirmək üçün bütün variantları nəzərdən keçirir”.ABŞ Kino Filmləri Assosiasiyasının məlumatına görə, Amerika filmlərinin ixracı idxaldan üç dəfə çoxdur və kinostudiyaların kassa gəlirlərinin yarıdan çoxu xarici bazarlardan gəlir. Trampın tarif təşəbbüsünün meyarları və ifadəsinin qeyri-müəyyənliyi səbəbindən kinostudiyalar xaricdə çəkilişləri və istehsalı dayandıra bilər. Portal izah edir ki, ABŞ daxilində xarici məzmunu yayan "Netflix" kimi yayım xidmətləri də risk altındadır.Qeyd edək ki, Tramp ABŞ-dan kənarda çəkilən bütün filmlərə 100% rüsum tətbiq edəcəyini vəd edib. O bildirib ki, Amerikada kino sənayesi sürətlə "ölür”, digər ölkələr isə hər cür təşviqlərdən istifadə edərək, Amerika kinorejissorlarını və studiyalarını öz ölkələrinə sövq edir.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta