“Aston Villa” ilə “Tottenhem” arasında keçiriləcək İngiltərə Premyer Liqasının 37-ci tur oyununun vaxtı dəyişdirilib.
Publika.az xəbər verir ki, bu barədə London klubunun rəsmi saytı məlumat yayıb.
“Tottenhem” Avropa Liqasının finalında iştirak ehtimalına görə qarşılaşmanın daha əvvəl keçirilməsi üçün Premyer Liqaya müraciət edib. Mayın 18-də keçirilməli olan matç 2 gün əvvələ təyin olunub. Görüş Bakı vaxtı ilə saat 22:30-da start götürəcək.
Xatırladaq ki, London təmsilçisi Avropa Liqasının yarımfinal mərhələsinin ilk oyununda “Bodö-Qlimt”i 3:1 hesabı ilə məğlub edib. Cavab görüşü may 8-də keçiriləcək. Avropa Liqasının finalı isə mayın 21-də olacaq.