AZ

Suriya prezidenti nazir ilə basketbol oynadı - VİDEO

Suriya prezidenti Əhməd Əl Şaraa xarici işlər naziri Əsəd əl-Şaybani ilə Dəməşqdə basketbol oynayıb. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, yayımlanan görüntülərdə prezident və diplomatın idman meydançasında rəsmi geyimdə olduğu görünür.

Video tez bir zamanda bütün ərəb dünyasında sosial media platformalarında yayılaraq müxtəlif reaksiyalara səbəb olub. Bir çox istifadəçilər prezidentin atışlarının düzgünlüyünə təəccübləndiklərini bildiriblər, digərləri isə bunun ölkənin daxili münaqişələrlə mübarizə apardığı bir vaxtda onun imicini yumşaltmaq üçün hesablanmış piar olduğunu qeyd ediblər. 

Seçilən
0
50
unikal.az

10Mənbələr