AZ

Seçkiyə inamsızlıq artır: Paşinyanın reytinqi düşür - SORĞU

“Gallup İnternational” Beynəlxalq Assosiasiyasının Ermənistan nümayəndəliyi siyasətçilərin reytinqini öyrənən sorğu keçirib.

“Cebheinfo.az”-ın məlumatına görə, “Gallup İnternational Armenia”nın direktoru Aram Navasardyan sorğunun nəticələrini təqdim edib.Respondetlərə “Gələn bazar günü parlament seçkiləri keçirilsəydi, hansı partiyaya və ya bloka səs verərdiniz?” sualı ünvanlanıb.

Sorğuda iştirak edənlərin 11,5 faizi hakim “Vətəndaş Müqaviləsi” partiyasına səs verməyə hazır olduğunu bildirib. Navasardyanın sözlərinə görə, hakim partiyanın reynqində 0,3 faiz azalma müşahidə olunur. Rəyi soruşulanların 8 faizi eks-prezident Robert Köçəryanın “Ermənistan” blokunun adını çəkib. 

Burada da kifayət qədər böyük artım qeydə alınıb.Belə ki, “Ermənistan” blokuna səs verməyə hazır olanların sayı təxminən 2-3 faiz artıb.

Sabiq prezident Serj Sarkisyanın liderlik etdiyi “Mənim şərəfim var” bloku və Respublika Ermənistanı Partiyası isə 3,7 faiz səs toplayıb.

Respondetlərin 3,2 faizi gələn bazar günü “Çiçəklənən Ermənistan” Partiyasına səs verməyə hazır olduqlarını deyib.Məhşur bloger və siyasətçi Vardan Qukasyanın tərəfdarları 2,9 faiz olub. Erməni İnqilabi Federasiyası (Daşnaksütyun) 2,2 faiz, Aram Sarkisyanın sərdlik etdiyi “Respublika” partiyası isə 1,9 faiz tərəfdar toplayıb. 

Sonrakı yerləri 0,9 faizlə “Yaşayanlar ölkəsi”, 0,8 faizlə “Parlaq Ermənistan” partiyaları tutub. Eks-prezident Levon Ter-Petrosyanın liderlik etdiyi Erməni Milli Konqresini dəstəkləyənləri sayı 0,7 faiz təşkil edib. “Milli Demokratik Qütb” təşkilatı 0,5 faiz, Levon Şirinyanın “Xristian Demokrat Partiyası” isə 0,3 faiz səs toplayıb.

Respondentlərin 23,7 faiz seçkilərdə iştirak etməyəcəyini, 3,1 faizi isə başqasına səs verəcəyini bildirib.Rəyi soruşulanların 5,5 faizi heç kimə səs verməyəcəyini, 4,5 faizi bülleteni korlayacağını, 6,4 faiz cavab verməkdən imtina etdiyini, 18,5 faiz isə cavab verməkdə çətinlik çəkdiyini bildirib.

Qeyd edək ki, sorğular aprelin 29-dan mayın 2-dək 1 101 nəfər arasında telefon vasitəsilə aparılıb. 

Seçilən
0
cebheinfo.az

1Mənbələr