AZ

AZCON-da yeni TƏYİNATLAR

Bakı. Trend:

Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) icraçıdirektoruna müşavir təyin edilib.

AZCON-dan Trend-ə verilən məlumata görə, bu vəzifə Aysel Vaqifqızı Soltanovaya həvalə edilib.

Qeyd edək ki, A.Soltanova 1986-cı ildə anadan olub. AzərbaycanDillər Universitetində Amerikaşünaslıq üzrə bakalavr, MərkəziAvropa Universitetində İctimai siyasət üzrə magistratura təhsilialıb. Hazırda təhsilini İngiltərənin York Universitetində Biznesadministrasiyası (MBA) ixtisası üzrə davam etdirir.

O, əmək fəaliyyətinə “BP” şirkətində başlayıb, daha sonraBeynəlxalq Əmək Təşkilatında fəaliyyət göstərib. 2011-2023-cüillərdə “Procter & Gamble”, “Azərkosmos” və “Aztelekom” kimişirkətlərdə müxtəlif rəhbər vəzifələrdə çalışıb. 2023-cü ilinyanvarından son təyinata qədər “Azərbaycan Dəmir Yolları” QSCsədrinin müşaviri olub.

Bundan başqa, Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqində(AZCON) baş tikinti inzibatçısı – Tikinti layihələrininidarəolunması departamenti və baş layihə inzibatçısı – Layihələrinidarəolunması departamentinin rəhbəri vəzifələrinə də təyinatlarolub.

Belə ki, Murad Rafiq oğlu Əhmədov baş tikinti inzibatçısı –Tikinti layihələrinin idarəolunması departamentinin direktoruvəzifəsinə təyin edilib.

M.Əhmədov 1980-ci ildə anadanolub. Xəzər Universitetində Maliyyə və kredit üzrə bakalavr təhsilialıb. O, əmək fəaliyyətinə 2002-ci ildə Azərbaycan RespublikasınınMərkəzi Bankında başlayıb. 2005-2012-ci illərdə “KPMG” və“Ernst&Young” (EY) kimi şirkətlərdə auditor, baş auditor vəaudit üzrə menecer vəzifələrində çalışıb. 2012-2024-cü illərdə“PAŞA Holding” şirkətlər qrupunda müxtəlif rəhbər vəzifələrdəfəaliyyət göstərib.

Tural Əlisurət oğlu Məmmədov isə baş layihə inzibatçısı –Layihələrin idarəolunması departamentinin direktoru vəzifəsinətəyin edilib. T.Məmmədov 1986-cı ildə anadan olub. AzərbaycanDillər Universitetində Beynəlxalq münasibətlər üzrə bakalavr, BöyükBritaniyanın Exeter Universitetində Maliyyə və menecment üzrəmagistratura təhsili alıb. Böyük Britaniyanın “Imperial CollegeLondon” ali təhsil müəssisəsinin Biznesin idarə edilməsi (MBA) üzrəmagistr proqramını bitirib.

O, əmək fəaliyyətinə 2012-ciildə Azərbaycan Respublikasının Dövlət Neft Şirkətində (SOCAR)kommersiya məsələləri üzrə məsləhətçi kimi başlayıb. 2014-2020-ciillərdə “BP”nin London ofisində “Şahdəniz-2” və“Azəri-Mərkəzi-Şərqi” layihələrində xərclər üzrə baş mühəndis kimiçalışıb.

2020-2022-ci illərdə “SOCAR Trading” şirkətinin London ofisindəmaliyyə məsləhətçisi, 2022-2025-ci illərdə isə “PwC” şirkətininLondon ofisində “Kapital layihələr və kommersiya təminatı” biznesbölməsində baş menecer kimi fəaliyyət göstərib.

Seçilən
0
8
az.trend.az

9Mənbələr