AZ

Əgər bu əlamətlər sizdə varsa, miqreniniz ola bilər – diqqətdən qaçan 3 vacib detal

Əgər bu əlamətlər sizdə varsa, miqreniniz ola bilər –

Miqren sadəcə baş ağrısı deyil, həyat keyfiyyətinə ciddi təsir edən nevroloji xəstəlikdir.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, nevrologiya mütəxəssisi Dr. Figen Şensoy miqrenlə bağlı tez-tez diqqətdən yayınan məqamları izah edib. Onun sözlərinə görə, hər baş ağrısı miqren deyil, lakin miqren çox zaman az qiymətləndirilir və düzgün diaqnoz qoyulmadıqda effektiv müalicə mümkün olmur.

Dr. Şensoy qeyd edir ki, miqren ağrısı adətən başın bir tərəfində döyünən xarakter daşıyır, ona ürəkbulanma, qusma, işığa və səsə həssaslıq da əlavə olunur. Bu suallara cavab verin: ağrı birtərəflidirmi? Ürəkbulanma və ya işıq-səsə qarşı həssaslıq varmı? Ağrı gündəlik həyatınıza təsir edirmi? Əgər bu suallara cavabınız “bəli”dirsə, nevroloqa müraciət etməyiniz tövsiyə olunur.

Müalicəyə gəlincə, standart yanaşma yoxdur. Bəzi xəstələrə yalnız tutmalar zamanı dərman kifayət edir, digərlərinə isə uzunmüddətli, profilaktik müalicə lazımdır. Bununla yanaşı, stressin idarəsi, sağlam qidalanma və nizamlı yuxu rejimi də çox önəmlidir.

Şensoyun fikrincə, düzgün diaqnoz və nizamlı müalicə ilə miqren tutmalarını minimuma endirmək mümkündür və bu, sosial həyatın keyfiyyətini əhəmiyyətli dərəcədə yüksəldə bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az


Seçilən
0
e-saglam.az

1Mənbələr