Footbal-plus portalından verilən məlumata əsasən, ain.az bildirir.
“Böyük dəbilqə” turnirlərinin 24 qat qalibi Novak Cokoviç mayın 7-18-i aralığında Romada keçiriləcək “Masters” seriyalı turnirə qatılmaqdan imtina edib. "Football-plus az" xəbər verir ki, turnirin əsas torunda serb ulduzu macar Fabian Marojan əvəz edəcək.Xatırladaq ki, 37 yaşlı Cokoviç aprelin 26-da Madriddə keçirilən “Masters” seriyalı turnirdə dünyanın 44-cü raketkası Matteo Arnaldiyə uduzmuşu. Görünür, mövsümdə 2-ci dəfə ardıcıl üç görüşdə uduzması onu Roma turnirindən imtinaya sövq edib.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.