ain.az, Bakupost portalına istinadən məlumat yayır.
“İrəvan xanlığının bölgə mətbəxi” kitabının ingilis dilində ilk siqnal nüsxəsi çap olunub.
Kitabın müəllifi, əməkdar mədəniyyət işçisi Tahir Əmiraslanov Bakupost.az -a açıqlamasında bildirib ki, nəşrdə Qərbi Azərbaycan mətbəxinə aid 413 yemək haqqında məlumat yer alıb:

“Kitab üzərində 2010-cu ildən 2020-ci ilədək işlənilib. Azərbaycan dilində nəşri də 2020-ci ilə aiddir. Kitabda ermənilərin milli mətbəximizdən bəzi xörəkləri öz adlarına çıxdıqları da öz əksini tapıb. Kitabın nəşrində məqsədi Qərbi Azərbaycandan deportasiya edilən soydaşlarımıza aid mədəni irsin qorunması və tanıdılmasıdır. "İrəvan xanlığının bölgə mətbəxi" həmçinin Nobel muzeyinə də daxil edilib. Maddi dəstək, adının çəkilməsini istəməyən dostuma aiddir. Böyük məbləğ ayrılıb - təxminən 75 min manat xərclənib. Kitabın təqdimatı may ayının sonunda “Atelier 61” restoranında olacaq”.
Qeyd edək ki, kitab 2021-ci ildə “Best in the World – Gourmand World Cookbook Awards” mükafatına layiq görülüb. Bu mükafat hər il dünyanın müxtəlif ölkələrindən olan ən yaxşı yemək və içki kitablarına, kulinariya müəlliflərinə verilir və kitabın öz kateqoriyasında dünya üzrə ən yaxşılar arasına daxil olduğunu göstərir.
Aysel Məmmədli,
BakuPost
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.