AZ

Bir qrup itkin ailəsinin Siyəzənə səfəri təşkil olunub



“Qarabağ İtkin Ailələri” İctimai Birliyinin təşəbbüsü və Azərbaycan Milli QHT Forumunun təşkilati dəstəyi ilə bu gün bir qrup itkin ailəsi Siyəzən rayonuna səfər edib.

Newscenter.az xəbər verir ki, 40 nəfərlik heyət Siyəzən rayonunda yaşayan itkin şəhid ailələri ilə görüşüb, ümummilli lider Heydər Əliyevin abidəsini və Şəhidlər xiyabanını ziyarət ediblər.

Siyəzəndə keçirilən tədbirdə Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvü Xatirə Vəliyeva, “Qarabağ İtkin Ailələri” İctimai Birliyinin sədri Könül Behbudova, itkin ailələrinin nümayəndələri, yerli qurumların təmsilçiləri son zamanlar Qarabağ və Şərqi Zəngəzurda aşkar olunan kütləvi məzarlıqlardakı qalıqların itkinlərin taleyinə aydınlıq gətirmək üçün ümidləri artırdığını bildiriblər. Onlar qəti əmin olduqlarını vurğulayıblar ki, Azərbaycan dövləti son itkinin taleyi müəyyən olunana qədər axtarışları davam etdirəcək.

İtkin ailələrinin bu cür görüşlərinin dərdləri bölüşmək üçün böyük təskinlik olduğu qeyd edilib.

İtkin ailələrinin üzvləri Ermənistanın törətdiyi müharibə cinayətlərinə görə cavabdehlik daşıdığını, dəyən maddi və mənəvi ziyan üçün təzminat ödəməli olduğunu bildiriblər.



Süleyman
Seçilən
0
1
newscenter.az

2Mənbələr