AZ

Dağılmaqda olan tarixi hamamlar...

Hurriyyet saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Astara rayonunun Ərçivan kəndində qədim bir hamam vardır. Bu  cənub bölgəsinin 1806-cı ildə xeyriyyəçi Kərbəlai Həmid Abdulla tərəfindən  şərq üslubunda tikilmiş ən qədim hamam  sayılır. Səkkiz günbəzi olan binanın hörgüsündə   yumurta sarısı və ocaq külünün qarışığından hazırlanmış məmulat və  çiy kərpicdən istifadə edilib.

Günbəzlərin quruluşu gün işığının içəri daxil olmasına imkan verir, gecələr isə hamamda şam işığından istifadə olunub. Heç bir texniki vasitəsi olmayan hamamın isitməsi  yanacaq odunla görülüb. Quyudan çəkilən su qazanxanada isidilib. Eləcə   tüstünün çölə çıxdığı kanallar hamamın döşəməsi boyu keçərək əlavə isitmə funksiyasını daşıyıb. Hamam həftədə dörd gün kişilərə, iki gün qadınlara xidmət göstərib. Yoxsullar isə bir gün burada pulsuz çimə biliblər. Həmçinin karvan yolunda yerləşdiyi üçün  səyyahlar, tacirlər də hamama gəliblər. Deyilənlərə görə, hamamın müalicəvi əhəmiyyəti də olub. Odur ki, ağrılardan əziyyət çəkən yaşlı adamlar  evdəki hamamı qoyub müalicə məqsədilə buraya gəliblər.

Məlumat üçün bildirək ki,  hamam  sovet dövründə yerli kolxoza verilib. Burada əldə olunan vəsait kolxozun hesabına keçib.

Ərçivan hamamı bir dəfə, yəni 1980-ci ildə təmir edilib. Abidə 2001-ci ilin avqustundan dövlət tərəfindən qorunsa da, unudulmuş kimidir. Belə ki,  çoxdandır  onun təmiri ilə maraqlanan yoxdur. Hətta bir günbəzi dağılaraq  yararsız hala düşüb..

Cəlilabad rayonunda da qədim keçmişə aid tarixi  hamamla çoxdur. Təəssüf ki, biganəlik üzündən hazırda yararsız hala düşənləri də vardır. Yerli əhəmiyyətli daşınmaz memarlıq abidələrinə aid olan tarixi hamam sanki son günlərini yaşayır.  Yaxınlarda tarixin nadir incisi  sayılan  bu binanın 100 yaşı tamam olacaq. Amma tarixi keçmişi bu günə qədər yaşadan və qorunan tikililər siyahısına əlavə edilən abidə  olduqca acınacaqlı  vəziyyətdədir.

 Hamam o dövrün qırmızı kərpicdən tikildiyi üçün suya dözümlüdür. Qaldı ki, uzun müddətli yağan yağışların nəticəsində hazırda uçub-dağılır.  Binanı təmir etməklə onu qoruyub saxlamaq olar. Elə cəlilabadlılar da əlaqədar təşkilatlardan bunu istəyirlər

Zəfər ORUCOĞLU,

Azərbaycan Jurnalistlər Birliyinin   üzvü

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
1
icma.az

2Mənbələr