AZ

Suriya Prezidenti Fransaya gedəcək

Fransa Prezident Administrasiyasının mətbuat xidmətindən "Agence France-Presse" xəbər agentliyinə verilən məlumata görə, Əş-Şərəə səfər çərçivəsində Emmanuel Makronla görüşəcək. Tərəflər Fransanın Suriya dövləti və xalqına dəstəyinin artırılmasına dair müzakirələr aparacaqlar.

"Bu görüş Fransanın sülh və demokratiyaya can atan Suriya xalqı qarşısındakı tarixi öhdəliyinin bir hissəsidir",- məlumatda vurğulanır.

Emmanuel Makron Suriyanın yeni liderini hələ fevral ayında Fransaya səfərə çağırmışdı.

Firudin Həmidli
AzVision.az
Seçilən
0
azvision.az

1Mənbələr