AZ

Rusiya millisi Braziliya ilə yoldaşlıq oyunu keçirə bilər

Rusiya millisi 2025-ci ilin payızında Braziliya ilə oynaya bilər.

Rusiya Futbol İttifaqı (RFU) və Braziliya Futbol Konfederasiyası (CBF) milli komandalar arasında yoldaşlıq oyunu keçirmək üçün danışıqlar aparır.

Operativ Media Rusiya mətbuatına istinadən xəbər verir ki, RFU-nun baş katibi Maksim Mitrofanov hələ 2024-cü ilin avqustunda oyunun təşkili təklifi ilə CBF-yə məktub göndərib. Braziliya Futbol Konfederasiyası Rusiya yığması ilə oyunu 2025-ci il oktyabrın 6-dan 14-ə və ya noyabrın 10-dan 18-dək keçirməyə razılaşıb.

2022-ci ilin fevral ayından Rusiya klub və komandalarının FİFA və UEFA-nın himayəsi altında keçirilən beynəlxalq turnirlərdə iştirakına qadağa qoyulub.Mart ayında Valeri Karpinin rəhbərlik etdiyi Rusiya komandası Qrenada (5:0) və Zambiya (5:0) ilə qarşılaşıb.

Bundan əvvəl rusların iyunun 6-da Moskvada Nigeriya, iyunun 10-da isə Minskdə Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcəkləri açıqlanmışdı.

Seçilən
0
operativmedia.az

1Mənbələr