ABŞ Prezidenti Donald Tramp Oval Ofisdə reseptlə satılan dərmanlar üçün güclü yerli istehsalın yenidən qurulmasını asanlaşdırmaq üçün sərəncam imzalayıb.
"Cebheinfo.az" xəbər verir ki, imzalanma mərasimində mətbuat mənsublarının suallarını cavablandıran Tramp, dərmanlara tətbiq edilən tariflərin vaxtı və dərəcələri ilə bağlı suala “Önümüzdəki iki həftə ərzində açıqlayacağam” deyib.
Alüminium, polad və avtomobil kimi məhsullara sektoral tariflər açıqlayan Tramp, keçən ay dərman sektoruna da "əsas" tariflərin tətbiq ediləcəyini açıqlamışdı.
Bunun digər ölkələrdəki əczaçılıq şirkətlərinə öz obyektlərini ABŞ-yə köçürməsinə imkan yaradacağını müdafiə edən Tramp, "Bunu eşidəndə Çini tərk edəcəklər.
Satmaq məcburiyyətində olduqları üçün başqa yerləri tərk edəcəklər.Məhsullarının çoxu burada satılır" deyib.
Tramp şirkətlərin ABŞ-də istehsal etdikləri təqdirdə tariflərlə üzləşməyəcəyini bildirmişdi.
Keçən ay əczaçılıq şirkəti Novartis, növbəti 5 il ərzində 23 milyard dollarlıq investisiya ilə ABŞ-də istehsal və Ar-Ge fəaliyyətini genişləndirməyi planlaşdırdığını açıqladı.
İsveçrədə yerləşən Roçe əczaçılıq şirkəti qarşıdakı beş il ərzində ABŞ-də əczaçılıq və diaqnostika sahəsinə 50 milyard dollar sərmayə qoyacağını açıqladı.