AZ

Qəbul imtahanının ikinci mərhələsinin qeydiyyat tarixi məlum olub

I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının II mərhələsinin 2-ci cəhd imtahanında iştirak etmək üçün qeydiyyatın başlanacağı tarix məlum olub.

Bu barədə Far.Az-ə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

Qeyd olunub ki, sözügedən imtahanda iştirak etmək istəyən abituriyentlər 26 may-8 iyun tarixlərində DİM-in müvafiq internet səhifəsinə daxil olaraq qeydiyyatdan keçə bilərlər.

Xatırladaq ki, II və III ixtisas qrupları üzrə 6 iyul, I və IV ixtisas qrupları üzrə 13 iyul, coğrafiya fənni üzrə əlavə imtahan isə 13 iyul tarixlərində qəbul imtahanının II mərhələsinin 2-ci cəhd imtahanı keçiriləcək.

Seçilən
0
26
far.az

10Mənbələr