AZ

Snuker üzrə dünya çempionatı tarixində ilk dəfə çinli idmançı qalib oldu

Çjao Sintun başa çatan snuker üzrə dünya çempionatının qalibi olub. O, 50 yaşlı uelsli Mark Vilyamsa 18:12 hesabı ilə qalib gəlib.

Oxu.Az "Bild" nəşrinə istinadən xəbər verir ki, 1927-ci ildə snuker üzrə dünya çempionatlarının keçirilməsindən bəri, yalnız dörd dəfə Böyük Britaniyadan olmayan idmançı titul qazanıb: Horak Lindrum (Avstraliya, 1952), Ken Doherti (İrlandiya, 1997), Neyl Robertson (Avstraliya, 2010) və Lukas Bresel (Belçika, 2023). İndi onların sırasına çinli də əlavə olunub.

Çjao Sintun titul yolunda Cek Cons (10:4), Lei Peifanq (13:10), Kris Vakelin (13:5) və Ronni O'Sallivanı (17:7) məğlub edib.

Qeyd edək ki, Çjao çempion olan ilk çinli və həvəskar idmançıdır.

"Cebheinfo.az" 

Seçilən
0
1
cebheinfo.az

2Mənbələr