Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun şikayəti üzrə məhkəmə prosesi başlayıb.
Bakı Apellyasiya Məhkəməsində keçirilən iclasda apellyasiya şikayətlərinin dəlilləri araşdırılıb.
Müdafiə tərəfi Tofiq Yaqublunun ev dustaqlığına buraxılmasını istəyib. Məhkəmə vəsatəti əsaslı hesab etmədiyindən təmin etməyib.
Apellyasiya baxışı mayın 23-nə təyin edilib.
Qeyd edək ki, T.Yaqublu 2 ay əvvəl 9 il azadlıqdan məhrum edilib.
“Qafqazinfo”