Bakı Fond Birjası 2025-ci ilin yanvar-aprel ayları üzrə Azərbaycanda fəaliyyət göstərən investisiya şirkətlərinin dövlət istiqrazları üzrə əməliyyat həcmlərini açıqlayıb.
Finss.az xəbər verir ki, təqdim edilən renkinqə əsasən, “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC 3 milyard 100 milyon 341 min 108 manatlıq dövriyyə ilə siyahının ilk pilləsində qərarlaşıb.
İkinci yerdə "ABB İnvest İnvestisiya Şirkəti" QSC qərarlaşıb – şirkətin əməliyyat həcmi 2 milyard 989 milyon 835 min 566 manat olub.
Üçüncü yeri isə 106 milyon 430 min 150 manatlıq dövriyyə ilə “CPM-İnvest İnvestisiya Şirkəti” QSC tutub.
Əməliyyat həyata keçirən digər şirkətlər arasında sonuncu yerdə 1 milyon 958 min 318 manatlıq dövriyyə ilə Troni İnvestisiya Şirkəti QSC yer alıb.
Qeyd edək ki, "Xalq Kapital İnvestisiya Şirkəti" QSC tərəfindən dövlət istiqrazları üzrə əməliyyat aparılmayıb və ya bu barədə məlumat təqdim olunmayıb.
Finss.az Bakı Fond Birjasına istinadən investisiya şirkətlərinin dövlət istiqrazları üzrə dövriyyə həcmlərinə əsasən hazırlanan renkinqi təqdim edir:

Fuad Mədətov
Finss.az