AZ

Onlayn yemək sifarişi sektorunda nəhəng birləşmə

ABŞ-ın onlayn yemək çatdırılması və market sifarişi tətbiqi olan "DoorDash" Böyük Britaniyadan olan rəqibi "Deliveroo"nu satın alır.

Valyuta.az xəbər verir ki, "Deliveroo" amerikalı rəqibi "DoorDash"dən gələn 2,9 milyard funt-sterlinq (3,9 milyard ABŞ dolları) dəyərində olan satınalma təklifini qəbul etdiyini açıqlayıb.

AFP-nin məlumatına görə, istifadəçilərə tək bir tətbiq vasitəsilə isti yemək və market məhsulları sifariş etmək imkanı verən "Deliveroo" şirkətin idarə heyətinin "DoorDash" tərəfindən bütün səhmələrin hər biri üçün 1,80 funt-sterlinq qiymətinə alınması təklifini qəbul etdiyini bildirib.

"DoorDash"dən satınalma təklifi aldığını təsdiqlədikdən sonra "Deliveroo"nun səhm qiyməti ötən həftə son üç ilin ən yüksək səviyyəsinə yüksəlib.

"DoorDash" rəhbərliyi satınalma əməliyyatının maliyyə şərtlərinin dəqiq olduğunu və üçüncü tərəfdən rəqib bir təklif gəlmədiyi təqdirdə bu məbləğin artırılmayacağını bəyan edib.

"DoorDash"in baş icraçı direktoru və təsisçilərindən biri Toni Şu bildirib: "DoorDash" və "Deliveroo"nun birlikdə nələrə nail ola biləcəyi fikri məni son dərəcə həyəcanlandırır. Biz 1 milyarddan çox əhalisi olan 40-dan çox ölkəni əhatə edəcəyik və bu, daha çox yerli biznesə inkişaf üçün lazım olan texnologiya və vasitələri təqdim etməyimizə şərait yaradacaq".

Paşa Məmmədli

Seçilən
0
1
valyuta.az

2Mənbələr