Suriyanın keçid hökumətinin prezidenti Əhməd əl-Şaraa mayın 7-də Fransaya səfər edəcək.
Adalet.az xəbər verir ki, bu barədə Yelisey sarayındakı mənbə açıqlayıb.
Bu, onun Avropaya ilk səfəri olacaq. Şaraa Parisdə Fransa prezidenti Emmanuel Makronla danışıqlar aparacaq.
Qeyd edilib ki, Makron Fransanın yeni, azad, sabit, suveren Suriyanın qurulmasına dəstəyini bir daha təsdiq edəcək.