Bakı. Trend:
COP29 Azərbaycan Əməliyyat Şirkətinin nümayəndə heyətininBraziliyaya işgüzar səfəri uğurla tamamlanıb.
COP29 Azərbaycan Əməliyyat Şirkətindən Trend-ə verilən məlumata görə, COP30komandasının dəvəti əsasında baş tutan səfər COP sədrlikləriarasında təşkilati əməkdaşlığın gücləndirilməsi və müvafiq təcrübəmübadiləsinə dəstək məqsədi daşıyıb.
Proqram çərçivəsində Braziliya Federativ RespublikasınınPrezidentliyi nəzdində fəaliyyət göstərən COP30 Katibliyi (SECOP)nümayəndələri ilə koordinasiya görüşləri keçirilib. GörüşlərBraziliyanın paytaxtında yerləşən Palacio do Planalto-da baştutub.
Səfər zamanı COP29 Azərbaycan Əməliyyat Şirkətinin İdarəHeyətinin sədri və Əməliyyatlar üzrə baş icraçı Nərmin Carçalova vəheyətin digər üzvləri COP-un təşkilinə dair layihə idarəetməsi,tədbir infrastrukturu, könüllülərin idarəolunması, qonaqlama, mediaəməliyyatları və yayım infrastrukturu, dayanıqlılıq və müyəssərlikkimi vacib təşkilati məqamları qarşı tərəflə bölüşüblər.
Səfər çərçivəsində həmçinin Para ştatının Belem şəhərindəyerləşən COP30-un keçiriləcəyi məkana baxış keçirilib. Buəməkdaşlıq, hər iki ölkənin iqlim sammitlərinin ardıcıl və səmərəliplanlaşdırılmasına və inklüziv yanaşmaya verdiyi əhəmiyyətingöstəricisidir. Belem şəhərində COP29 nümayəndə heyəti Paraştatının hökumət nümayəndələri, COP30 Katibliyi (SECOP) və şəhərinicra orqanları ilə görüşlər keçirərək tədbirin yerli səviyyədəkoordinasiyasının yaxşılaşdırılmasına töhfə veriblər.
COP29 və COP30 komandaları arasında baş tutan bu təcrübəmübadiləsi ev sahibi ölkələr arasında əməkdaşlığın institusionalsəviyyədə qurulması istiqamətində ortaq baxışı əks etdirir. COP29Sədrliyi qlobal iqlim prosesinə səmərəli keçid və davamlılığıntəmin olunmasına sadiqliyini bir daha göstərir.