Azərbaycan Prezidenti İlham Əliyev mayın 6-da Belarusun Baş naziri Aleksandr Turçini qəbul edib.
Mia.az xəbər verir ki, dövlət başçısı Azərbaycanla Belarus arasında əlaqələrin möhkəm dostluğa və qarşılıqlı etimada əsaslandığını qeyd edərək, Aleksandr Turçinin Baş nazir vəzifəsinə təyin olunmasından sonra ilk səfərlərindən birini Azərbaycana etməsinin məhz ölkələr arasında olan sıx tərəfdaşlıq münasibətlərinin mahiyyətindən xəbər verdiyini deyib.