2024-cü ildə Qazaxıstan və Vyetnam arasında ticarət dövriyyəsinin dəyəri 860 milyon ABŞ dolları təşkil edib.

İndex.az xəbər verir ki, bu barədə Prezidenti Kasım-Jomart Tokayev Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lama ilə danışıqlarda bildirib.

O qeyd edib ki, tərəflər yaxın perspektivdə bu göstəricini 2 milyard ABŞ dollarına çatdırmaq niyyətindədirlər.

Qazaxıstan liderinin sözlərinə görə, ölkəsi Vyetnamın 2040-cı ilə qədər dünyanın 25 ən böyük iqtisadiyyatı sırasına daxil olmaq üzrə strateji hədəfini dəstəkləyir. O vurğulayıb ki, Qazaxıstan bu iddialı hədəfə çatmaqda hərtərəfli yardım göstərməyə hazırdır.