AZ

Sezen Aksunun bu addımı Türkiyədə qalmaqal yaratdı: Boykot edirlər

Müğənni Sezen Aksu yəhudi əsilli Lusian Çarlz Qreinceyə məxsus “Universal Music Group” ilə müqavilə imzalayıb.

Publika.az xəbər verir ki, bu barədə “Odatv” məlumat yayıb.

Bildirilib ki, razılaşmanın qiyməti təxminən 18 milyon dollar olaraq qeyd edilib.

Satınalma çərçivəsində Sezen Aksunun 21 musiqi və 30 albomdan ibarət repertuarının yayın, sinxronizasiya və müəllif hüquqları UMG-yə təhvil verilib.

Bundan sonra şirkət Sezen Aksunun dinlənilən hər mahnısından qonorar alacaq. Qonorarın məbləği isə hələlik məlum deyil.

Seçilən
0
publika.az

1Mənbələr