AZ

Ermənistanda HAKİMİYYƏT DƏYİŞİKLİYİ: Ən çox ehtimal olunan ssenari Paşinyanın impiçmentidir – Erməni deputat

Ermənistanda hakimiyyət dəyişikliyinin ən çox ehtimal olunan ssenarisi Paşinyanın impiçmentidir.

İnterpress.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin müxalif deputatı Ayk Mamicanyan jurnalistlərə bildirib.

“Ermənistanda hakimiyyət dəyişikliyinin ən çox ehtimal olunan ssenarisi Paşinyanın impiçmenti olaraq qalır.

Təşəbbüsü bütün müxalifət fraksiyası “Mənim şərəfim var” dəstəkləyir”, – Ayk Mamicanyan deyib.

Eyni zamanda, siyasi qüvvə hazırda baş nazir postuna namizədi müzakirə etmir.

“bu, lazımsız siyasi ambisiyalarla prosesi çətinləşdirəcək”, – o qeyd edib.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
0
2
interpress.az

3Mənbələr