Ukraynanın ardıcıl ikinci dəfə Moskvanı hədəf alan PUA zərbələri Rusiyanı hava limanlarını bağlamağa məcbur edib. Moskvanın dörd hava limanında uçuşlar dayandırılıb.Moskva meri Sergey Sobyanin Ukraynanın Moskvaya pilotsuz təyyarə ilə hücum etdiyini açıqlayıb.Onun sözlərinə görə, ən azı altı PUA Moskvaya yaxınlaşarkən məhv edilib. Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi də Moskvada çoxlu sayda uçuşun dayandırıldığını açıqlayıb.Moskvanın 4 hava limanında təhlükəsizliyin təmin edilməsi məqsədilə uçuşların dayandırıldığı bildirilib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta