AZ

Fridrix Merts ilk turda kansler seçilə bilmədi

BAKI, 6 may. TELEQRAF

Xristian Demokrat İttifaqının (CDU) lideri Fridrix Merts ilk turda Almaniya kansleri seçilmək üçün Bundestaqda kifayət qədər səs toplaya bilməyib.

Teleqraf xəbər verir ki, bu barədə parlamentin spikeri Culiya Klokner məlumat verib.

Mertsi 310 deputat dəstəkləyib, seçki üçün tələb olunan səslərin sayı isə 316-dır.

Almaniya Sosial Demokrat Partiyası (CSU) və CDU blokunun fraksiyaları Bundestaqda 328 yer tutur.

Seçilən
0
teleqraf.com

1Mənbələr