AZ

Bağçada işləmək istəyənlər üçün yeniVAKANSİYALAR

ain.az, Bakupost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Hazırda 1676 məktəbəqədər təhsil müəssisəsində 1076 tibb bacısı fəaliyyət göstərir. Məktəbəqədər təhsil müəssisələrində tibb bacısı vəzifəsi üzrə 79 vakant yer mövcuddur.

Bakupost.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb.

Bildirilib ki, məktəbəqədər təhsil müəssisəsində əlavə müayinə və müalicəyə ehtiyacı olan uşaqlar üçün fərdi qaydada aparılacaq müalicə-bərpa xidmətləri icbari dispanserizasiyanı aparan dövlət tibb müəssisələri tərəfindən müəyyən edilir.

Agentliyin məlumatında qeyd olunub ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, məktəbəqədər təhsil müəssisələrində təhsilalanlara tibbi xidmət məktəbəqədər təhsil müəssisələrinin tibb işçiləri və ya ərazi üzrə ambulator-poliklinika müəssisəsinin məktəbəqədər təhsil müəssisəsinə təhkim olunmuş tibb işçiləri tərəfindən göstərilir.

Körpələr evi-uşaq bağçalarının nümunəvi ştatında qeyd olanan böyük tibb bacısı ştatı körpələrə tibbi qulluq, həkiməqədər tibbi yardım göstərmək üçün nəzərdə tutulub.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
0
3
icma.az

4Mənbələr