AZ

AAAF Parkda yolu bağlayıb, mağaza tikdilər

Abşeron rayonu, Xırdalan şəhəri, AAAF Park Yaşayış Kompleksində yolun ortasında obyekt tikilib.

XəzərNews.az xəbər verir ki, bu barədə Qaynarinfo-ya ərazidə yaşayan sakinlər məlumat veriblər.

Bildirilib ki, AAAF Park Yaşayış Kompleksində yerləşən hündürmərtəbəli binalarına sakinlərin rahat şəkildə avtomobillə gediş-gəlişini təmin edən yol bağlanıb. Gecə həmin yolda konstruksiyalardan ibarət mağaza tikilib.

Sakinlər obyektin tikintisinə etiraz etsə də, buna əhəmiyyət verən olmayıb.

Abşeron Rayon İcra Hakimiyyətindən bildirilib ki, məsələ araşdırıldıqdan sonra ictimaiyyətə məlumat veriləcək.

Xəbər 2 dəfə oxunub.
Seçilən
0
1
xezernews.az

2Mənbələr