ain.az, Axsham.az saytına istinadən bildirir.
“Kızılcık Şerbeti” serialında "Nilay" obrazını canlandıran aktrisa Feyza Civelek haqqında istintaq başladılıb.
Axşam.az xəbər verir ki, buna səbəb aktrisanın keçmiş sevgilisi Alican Kurtun dostu Mert Vanqı “Bir daha mənim haqqımda danışsan, səni körpüdən asaram” deyərək hədələməsi olub.
Belə ki, Alican bir illik münasibətlərindən sonra keçmiş sevgilisi ilə bağlı sosial media hesabında paylaşım edib. Mert onun paylaşımına "Gülünc olmayın" şərhini yazıb. Şərhi görən və özündən çıxan Feyza Vanqı təhqir edib:
"Ömründə məni görməmisən, münasibətimə qarışmağa necə haqqın olduğunu düşünürsən? Mən Türkiyənin ən tanınmış aktyorlarından biriyəm. Gülməlisən, yəqin ki, məni sənin özün kimi zənn edirsən. Bir də mənim haqqımda danışdığını eşitsəm, səni körpüdən asacağam ki, gələn hər kəs sənin üzünə tüpürsün".
Bunun ardından Mert Vanq ədliyəyə gedərək Feyza Civelekdən şikayətçi olub. Vanq ərizəsində Civelekin onun şərəfinə, ləyaqətinə və reputasiyasına xələl gətirərək onu həyatı ilə təhdid etdiyini bildirib.
Faktla bağlı İstanbul Respublika Baş Prokurorluğu tərəfindən araşdırma başlanıb. Prokurorluqdakı müdafiəsində Feyza Civelek ittihamları rədd edərək Mert Vanqın adını ilk dəfə eşitdiyini və onu tanımadığını deyib. O, barəsində səslənən ittihamların həqiqətə uyğun olmadığını, hədə-qorxu cinayətini törətmədiyini əlavə edib.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.