AZ

Çindən Amerikaya mesaj: Təhdidləri dayandırın

BAKI, 6 may. TELEQRAF

ABŞ həqiqətən də Çinlə dialoqa getmək niyyətindədirsə, təhdid və təzyiq taktikasından əl çəkməlidir.

Teleqraf xəbər verir ki, bunu brifinqdə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lin Jian ABŞ Prezidenti Donald Trampın Çin məhsullarına rüsumların mümkün azaldılması ilə bağlı bəyanatını şərh edərkən deyib.

“Əgər ABŞ həqiqətən də problemi dialoq və danışıqlar yolu ilə həll etmək istəyirsə, təhdid və təzyiqlərdən əl çəkməli, Çinlə bərabərlik və qarşılıqlı hörmət əsasında dialoq aparmalıdır”, - diplomat vurğulayıb.

Donald Tramp bundan əvvəl bəyan etmişdi ki, nə vaxtsa Çinə rüsumları azaldacaq.

Seçilən
0
teleqraf.com

1Mənbələr