AZ

“Yeni Şafak”: İrəvan Ankara ilə münasibətlərin normallaşdırılması prosesini yubatmağa çalışır

Azertag portalından verilən məlumata əsasən, ain.az bildirir.

Ankara, 6 may, AZƏRTAC

İrəvan Ankara ilə münasibətlərin normallaşdırılması prosesini ləngitmək taktikasını həyata keçirir.

“Yeni Şafak” qəzetinin yazdığına görə, Türkiyə strukturlarının nümayəndələri bu qənaəti dəstəkləyir və 1915-ci il hadisələri ətrafında birgə elmi komissiyanın yaradılması da daxil olmaqla kritik əhəmiyyət kəsb edən gündəm məsələlərində heç bir irəliləyişin olmadığını qeyd edirlər.

Nəşr qeyd edir ki, Türkiyə Ermənistanla dialoqda Azərbaycanın maraqlarını nəzərə alır. Qəzet yazır: “Ankaradakı diplomatik mənbələr vurğulayır ki, İrəvanla əlaqələri həqiqətən inkişaf etdirmək üçün Azərbaycan və Ermənistan arasında hərtərəfli sülh sazişinin imzalanması lazımdır. Belə bir sənəd olmadan uzunmüddətli normallaşmadan danışmaq mümkün deyil”.

“Yeni Şafak” Ermənistanla bağlı məsələlərdə Türkiyə ilə Azərbaycan arasında fəaliyyətlərin tam koordinasiyalı olduğunu vurğulayır.

Nəşr xatırladır ki, Ankara ilə İrəvan arasında münasibətlərin normallaşdırılması məsələsinə dair beşinci görüş ötən ilin iyulunda iki ölkənin sərhədində baş tutub.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
0
1
icma.az

2Mənbələr