AZ

İranın CənubiAsiyada vasitəçilik ambisiyası: Reallıq, yoxsa siyasi illüziya?– ÖZƏL

"İran nümayəndəsi Arakçının bu bölgəyə səfərinin əsas səbəbi Hindistan və Pakistan arasındakı son gərginliklə bağlı vasitəçilik təşəbbüsüdür. İran, bu münaqişəyə bir çıxış yolu tapmağa və tərəfləri razılığa gətirməyə çalışır. Ancaq belə bir missiyanın uğurla nəticələnəcəyini söyləmək hələlik çətindir. Ola bilsin, texniki məsələlərdə müəyyən razılaşmalar əldə olunsun, lakin əsaslı və uzunmüddətli həll istiqamətində İranın rolunun yetərli olacağını düşünmürəm".

Bu fikirləri siyasi şərhçi Kazım Kazımov Olaylar.az-a açıqlamasında bildirib: 

"Çünki qarşıdurmanın kökləri 1947-ci ildən bəri davam edən Kəşmir probleminə dayanır və bu da məsələni olduqca mürəkkəbləşdirir. İranın nə diplomatik təsir gücü, nə də digər vasitələri bu kimi dərin bir konflikti aradan qaldırmaq üçün yetərli deyil.

Digər tərəfdən, Tehran özü də həm Hindistan, həm də Pakistanla münasibətlərində zaman-zaman fikir ayrılıqları və hətta gərginliklər yaşayıb. Təkcə bir neçə gün əvvəl İran və Pakistan arasında qarşılıqlı raket atışmaları baş vermişdi. Hər iki tərəf bu hücumları terrorçu qruplara qarşı atılan addım kimi təqdim etsə də, fakt odur ki, münasibətlərdə narazılıq dərinləşməkdədir.

Hindistanla münasibətlərə gəldikdə isə, əvvəllər İranın bəzi hərbi və diplomatik qurumları Cündullah təşkilatına qarşı əməliyyatlar keçirdiyini bildirmişdilər. Bununla yanaşı, Hindistanın son illərdə ABŞ-la yaxınlaşması və Çinlə münasibətləri gərginləşdirməsi, İran üçün müəyyən suallar doğurur.

Eyni  zamanda, Hindistanın təşəbbüsü ilə formalaşan "Bəharata yol xətti" - qərbə doğru yeni nəqliyyat və ticarət dəhlizi ideyası da gündəmdədir. İran bu layihədə fəal iştirak etmək istəyir və xüsusilə Fars körfəzi və Hind okeanına çıxışı olan limanlarının ön plana çəkilməsində maraqlıdır".

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
0
olaylar.az

1Mənbələr