Respublika fənn olimpiadalarında Şirvan-Salyan Regional Təhsil İdarəsinin əhatə etdiyi rayonların şagirdləri də fərqləniblər.
İdarədən AzEdu.az-a verilən məlumata görə, qalib şagirdlərin 5-i Neftçala rayonu Zabil Əsgərov adına Aşağı Surra kənd tam orta məktəbində təhsil alır.
Məktəbin şagirdləri Nərmin Həsənova kimya fənni üzrə gümüş, İbrahim Babayev bürünc, Nuray Quluzadə bürünc, Zeynəb Sadıqlı coğrafiya fənni üzrə bürünc, Xədicə Dünyamalıyeva isə tarix fənni üzrə gümüş medal qazanıb.
Əlavə edək ki, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş "Ən yaxşı təqdimat" müsabiqəsinin final (respublika) mərhələsində də sözügedən məktəbin 9-cu sinif şagirdi Nihad Ələkbərov II yerə layiq görülüb.
Qeyd edək ki, bu məktəb ötən tədris ilində Respublika fənn olimpiadalarında ən yaxşı nəticə göstərən kənd məktəbləri üzrə 3 qaliblə siyahıya liderlik edib.