AZ

Ulu Öndər idmana və idmançılara daim böyük diqqət və qayğı göstərib İDMANÇI DANIŞDI

Sia Az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

"Ulu Öndər Heydər Əliyev idmana və idmançılara daim böyük diqqət və qayğı göstərib. O, idmanı sadəcə fiziki fəaliyyət deyil, xalqın ruhunu, gənclərin gələcəyini formalaşdıran mühüm sahə kimi qiymətləndirirdi". Bu sözləri SİA-ya açıqlamasında Paralimpiya çempionumuz İmaməddin Xəlilov deyib.

Onun sözlərinə görə, çətin illərdə belə, idmançılar üçün şərait yaratmaq, onların beynəlxalq yarışlarda iştirakını təmin etmək onun üçün prioritet idi: "Heydər Əliyev idmançıları hər zaman yüksək qiymətləndirir, onları Azərbaycanın fəxri adlandırırdı. İdmançılarımız təkcə qələbə qazanmırlar, həm də bayrağımızı, himnimizi dünyaya tanıdırlar” deməklə, onların gördüyü işin nə qədər dəyərli olduğunu göstərirdi. Bu gün idmanda qazandığımız uğurların təməlində məhz Onun uzaqgörən siyasəti və idmana verdiyi dəyər dayanır.

Heydər Əliyevin təşəbbüsü ilə ölkədə bir çox idman kompleksləri tikilmiş, Milli Olimpiya Komitəsinin fəaliyyəti gücləndirilmiş, regionlarda idmanın inkişafına şərait yaradılmışdır. Ulu Öndər idmançılarla görüşür, onları təltif edir və daim dəstəkləyirdi. Bu da gənc idmançıların motivasiyasını artırır, ölkəmizi beynəlxalq arenada uğurla təmsil etmələrinə səbəb olurdu. Bu gün Azərbaycan idmanının qazandığı nailiyyətlərin əsasında məhz Heydər Əliyevin uzaqgörən siyasəti və yaratdığı möhkəm təməl dayanır. Onun başladığı bu yol indi də uğurla davam etdirilir və Azərbaycan idmanı dünya səviyyəsində söz sahibi olmağa davam edir"

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
0
1
icma.az

2Mənbələr