AZ

“Halvaçılar”ın möcüzəsi: 22 oyunda 18, bir oyunda 8 qol!

Footbal-plus saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Aprelin 28-30-da futbol üzrə ölkə çempionatının 2-ci liqasında 23-cü turun oyunları keçirilib. “Sheki City” doğma meydanda “Kür-Araz”ı darmadağın edib - 8:4. Halbuki “halvaçılar” buna qədər cəmi 18 dəfə fərqlənməyi bacarmışdı. “Sheki City”nin prezidenti Elgün Hüseynov "Football-plus.az"a son oyunla bağlı açıqlama verdi:

“Komandamıza qələbə hava-su kimi vacib idi. Liqada qalmaq üçün lazımi matç idi. Maddi duruma görə gələ bilməyən futbolçuların burada olmasını təşkil etdik. Cəzadan və zədədən qayıdan futbolçularımız oldu. Kollektivimiz yerində idi. “Kür-Araz”da əsas oyunçuların bir neçəsi yox idi. Uzunmmüddətdi ki, qol vura bilmirdik. Qələbə qazanmağa ehtiyacımız var idi. Oyunumuz alındı, qələbə gəldi. Bir az rahat nəfəs ala bildik”.

ƏSƏD SEYİDOV

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
0
1
icma.az

2Mənbələr