ain.az bildirir, Modern.az portalına istinadən.
Ermənistan parlamentinin sədri Alen Simonyan bildirib ki, bu gün ictimai rəy sorğuları parlament çoxluğunun - hakim “Mülki müqavilə” fraksiyasının lider mövqedə olduğunu göstərir.Modern.az xəbər verir ki, Simonyan bu haqda jurnalistlərlə söhbətində danışıb. O deyib ki, əgər bu bazar günü Ermənistanda parlament seçkiləri keçirilsə, hakim partiya yenə də qalib gələcək."Mən əminəm ki, “Mülki müqavilə” parlament yerləri uğrunda 50%+1 səslə qalib gələcək. 2026-cı ildə isə daha da yüksək səs faizini qazanacağımız şübhə doğurmur", - Simonyan bildirib.
Jurnalistlər ona martın 30-da Ermənistanın Şirak vilayətinin Gümrü Ağsaqqallar Şurasına keçirilən seçkilərdə müxalifətin qalib gəldiyini xatırladanda, Simonyan parlament və bələdiyyə seçkilərini müqayisə etməməyə çağırıb. Onun sözlərinə görə, 2021-ci ildə Ermənistan Milli Məclisinə keçirilən seçkilərdə onların Gümrüdəki partiyası seçicilərin 60%-nin dəstəyini qazanıb və 2 ay sonra həmin şəhərdə, lakin artıq yerli hakimiyyət orqanlarına keçirilən seçkilərdə 20% səs toplayıb.
Alen Simonyan müxalifətin ancaq sosial şəbəkələrdə fəal olduğunu deyib. O, sosial şəbəkələrdən kənarda həyatın olduğunu bəyan edərək, reallığın pul müqabilində təhrif olunduğu Facebook-un məlumatlarına əsaslanmamağa çağırıb.
“Mən başa düşürəm ki, xaricdən çoxlu pul xərclənir”, - deyə Alen Simonyan Rusiyanı nəzərdə tutduğunu təsdiqləyib.
“Müxtəlif yerlər, xüsusən də şimal qonşumuz Ermənistana qarşı hibrid müharibə aparır”.
Simonyan bu səylərin 2026-cı ildə Ermənistan Milli Məclisinə keçiriləcək seçkilərə qədər daha da güclənəcəyinə əmin olduğunu bildirib.
“Mən bunu ucadan deməkdən belə qorxmuram: bütün bunlar əks effekt verəcək və Ermənistan Respublikasının hazırkı hökumətinin reytinqi ikiqat artacaq”.
O, Ermənistan xalqına güvəndikləri üçün Rusiyadan real çevriliş təhlükəsi görmədiyini vurğulayıb.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.