ain.az bildirir, 525.az saytına əsaslanaraq.
“İran Azərbaycan və Ermənistan arasında sülh mətni layihəsinin razılaşdırılmasına öz dəstəyini ifadə edir”.
525.az xəbər verir ki, bunu İranın xarici işlər nazirinin müavini, Xarici İşlər Nazirliyinin Siyasi və Beynəlxalq Araşdırmalar Mərkəzinin rəhbəri Səid Xətibzadə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində (BMTM) keçirilən “Regional proseslər kontekstində Azərbaycan-İran münasibətləri” mövzusunda tədbirdə deyib.
Onun sözlərinə görə, İran Prezidenti Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasında vasitəçilik edə bilər:
"İnanıram ki, hər iki ölkənin gündəlik əlaqələrində bu məsələ də öz əksini tapacaq".
Pərvanə Sultanova
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.