AZ

İraqı qum fırtınası vurdu

İraqın Diyala, Kərkük, Ərbil, Səlahəddin və Süleymaniyyə kimi bir çox şəhərini təsir edən qum fırtınası insanların həyatını durdurub.

Səlahəddin şəhərinin Tuzhurmatu rayonundakı Serha keçid məntəqəsi yaxınlığında fırtına nəticəsində baş verən yol qəzasında eyni ailədən 4 nəfər həyatını itirib, 3 nəfər isə yaralanıb. Səlahiyyətlilər, qəzanın fırtına səbəbiylə görmə məsafəsinin sıfıra enməsi səbəbindən iki avtomobilin toqquşması nəticəsində baş verdiyini bildirib.

Qum fırtınası nəticəsində yaranan tənəffüs problemlərinə görə 400-ə yaxın adam müalicə üçün xəstəxanalara aparılıb.

Səlahiyyətlilər vətəndaşları, xüsusən də tənəffüs xəstəlikləri olanları evdə qalmağa çağırıb.

Seçilən
0
2
vaxt.az

3Mənbələr