AZ

Fərid Əhmədov Ədliyyə Nazirliyi yanında İctimai şuranın üzvləri ilə görüşdü

Ədliyyə naziri Fərid Əhmədov Ədliyyə Nazirliyi yanında İctimai şuranın üzvləri ilə görüş keçirib.

Bu barədə Publika.az-a Ədliyyə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Görüşdə Nazirlik tərəfindən ədliyyə sahəsində həyata keçirilən islahatlar, rəqəmsallaşma istiqamətində atılan addımlar və gələcək planlar müzakirə olunub.

Nazir Fərid Əhmədov İctimai şura üzvlərinin təklif və rəylərini dinləyərək, onların bu prosesdəki rolunu və Nazirliyin fəaliyyətində ictimai iştirakçılığın əhəmiyyətini vurğulayıb.

Seçilən
0
21
publika.az

10Mənbələr