AZ

Səfirliyə hücum edən şəxsin edamı niyə gecikir? –İranın XİN müavinindən açıqlama

İranın məhkəmə hakimiyyətində hökmün icrası üçün zəruri prosedurların başa çatması lazımdır. Bu məsələ xüsusi şikayət əsasında tənzimlənir.

AzPost APA -ya istinadən xəbər verir ki, bunu İranın Xarici İşlər Nazirliyinin Siyasi və Beynəlxalq Araşdırmalar Mərkəzinin (IPIS) rəhbəri, nazir müavini Səid Xətibzadə Bakıda jurnalistlərə açıqlamasında bildirib.

“Azərbaycanın səfirliyinə hücum acı bir hadisə idi. Bu hadisədən sonra həm polis, həm də məhkəmə hakimiyyəti tərəfindən çox geniş istintaq aparıldı. Baxmayaraq ki, bu acı hadisə idi, amma hər iki xalqın təmaslarını daha da yaxınlaşdırdı. Hər iki tərəf münasibətləri yenidən canlandırmaq üçün təşəbbüslər irəli sürdü. İranın məhkəmə hakimiyyətində hökmün icrası üçün zəruri prosedurların başa çatması lazımdır. Bu məsələ xüsusi şikayət əsasında tənzimlənir və Azərbaycanın İrandakı səfirliyi bu məsələ ilə maraqlanır. Əminəm ki, ədalət qələbəsini çalacaq və hökm icra olunacaq”, – Səid Xətibzadə Azərbaycanın Tehrandakı səfirliyinə hücum edən Yasin Hüseynzadənin barəsindəki hökmün icra olunmamasına münasibət bildirərkən deyib.

Seçilən
0
12
azpost.info

10Mənbələr