AZ

ABŞ-la dialoqu media üzərindən aparmaq istəmirik - Meksika Prezidenti

BAKI,TurkicWorld

“Prezident Trampla yaxşı ünsiyyətimiz var.”

TurkicWorld xəbər verir ki, Meksika Prezidenti Klaudiya Şeynbaum ABŞ Prezidenti Donald Trampla yaxşı dialoq qurulduğunu bildirib və iki ölkə arasında münasibətlərin qarşılıqlı hörmət çərçivəsində davam etdiyini vurğulayıb.

Milli Sarayda keçirilən mətbuat konfransında çıxış edən Şeynbaum, Trampın “Meksika kartellərindən qorxur” fikrinə birbaşa münasibət bildirməkdən yayınıb. O, ABŞ-Meksika münasibətlərinin media üzərindən deyil, rəsmi kanallar vasitəsilə aparılmasının vacibliyini qeyd edib.

“Biz Prezident Trampla yaxşı və səlis ünsiyyət qururuq. Bir çox razılaşmalar əldə olunub və dialoq müsbət istiqamətdə davam edir. Mövcud fikir ayrılıqları isə birbaşa təmaslar vasitəsilə həll olunur. Bu səbəbdən də məsələlərin mediada müzakirə olunması doğru deyil” – deyə Şeynbaum bildirib.

O, iki ölkə arasında miqrasiya və təhlükəsizlik məsələləri üzrə konstruktiv əməkdaşlıq qurulduğunu, rəsmi razılaşmalara sadiq qaldıqlarını da əlavə edib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp dünənki açıqlamasında, Meksika rəhbərliyinin ölkəyə qoşun göndərmək təklifini qəbul etmədiyini bildirib və Prezident Şeynbaumun “kartellərdən qorxduğunu” iddia edib. Şeynbaum isə həmin təklifi rədd etdiyini təsdiqləyib, lakin iddialara cavab verməyib.

Seçilən
0
turkic.world

1Mənbələr