Yeni Zelandiya hökuməti 16 yaşdan aşağı istifadəçilər üçün sosial şəbəkələrin qadağan olunmasını nəzərdə tutan qanun layihəsini parlamentə təqdim edib.
"Cebheinfo.az" xəbər verir ki, Yeni Zelandiyanın Baş naziri Kristofer Lakson bu barədə "X" sosial media platformasında yazıb.
"Biz uşaqlarımızı sosial şəbəkələrin zərərli təsirindən qorumaq istəyirik. Məhz buna görə bu gün biz 16 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsini qadağan edən qanun layihəsini təqdim etdik", - deyə Lakson qeyd edib.
Parlamentə təqdim olunan sənədlərə əsasən, sosial şəbəkə istifadəçilərinin yaşına qoyulan məhdudiyyətləri nəzərdə tutan qanun layihəsi uşaqları və gəncləri zorakılıqdan, qadağan olunmuş məzmundan və asılılıq yaradan hallardan qorumağa yönəlib.
Əgər qanun parlament tərəfindən qəbul olunarsa, onun icrasına nəzarət müvafiq nazirliyə həvalə olunacaq və üç il sonra həmin nazirlik qanunun effektivliyini qiymətləndirməlidir.