ain.az, Unikal.az portalına istinadən məlumat verir.
Mayın 6-da səhər saatlarında Xaçmaz şəhərində 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Unikal" xəbər verir ki, şəhərin M.Rəsulzadə və Atatürk küçələrinin kəsişməsində “VAZ 21015” və “Kia” markalı minik avtomobilləri toqquşub.
Hadisə zamanı avtomobillərdə olan 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar təcili yardım maşını ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.