AZ

Mask bunu da etdi: İşçilər burada yaşayacaqlar

“Tesla” və “SpaceX”-in baş direktoru, amerikalı milyarder İlon Mask, daha bir xəyalını reallaşdıraraq "SpaceX"in Texasdakı mərkəzini şəhərə çevirib.

"Cebheinfo.az" xəbər verir ki, "SpaceX"in Texasın cənubundakı bazası olan Starbase, artıq rəsmi şəkildə şəhər statusu almaq yolundadır. 

Belə ki, kiçik bir bölgədə keçirilən səsvermədə əhalinin böyük əksəriyyəti Starbasein şəhər statusu qazanmasına səs verib. 

Lakin diqqətçəkən bir məqam isə səs verənlərin əksəriyyətinin "SpaceX"in əməkdaşları olmasıdır. 

Starbasein şəhər olması üçün 212 nəfər lehinə, cəmi 6 nəfər isə əleyhinə səs verib. Şəhər statusunun qazanılması üçün lazım olan minimum səs sayı 143 olub. 

Beləliklə, "SpaceX"in raket mühərrikləri istehsal etdiyi, kosmik gəmiləri buraxdığı və digər texnologiyalar üzərində çalışdığı bu mərkəz artıq Maskın şəhərinə çevrilir və işçilər də burada yaşayacaqlar.

Starbase ideyası ilk dəfə 2021-ci ilin mart ayında İlon Mask tərəfindən gündəmə gətirilmişdi.

Şəhər statusunun qazanılması "SpaceX"in bəzi bürokratik əngəlləri aradan qaldırmasını asanlaşdırmaq məqsədi daşıyırdı.

Əvvəllər raket buraxılışları zamanı yolların bağlanması və ya Boca Chica çimərliyi ilə Dövlət Parkına girişin məhdudlaşdırılması üçün yerli hakimiyyətdən icazə almaq lazım idi. İndi isə bu icazə məsələləri birbaşa şirkət daxilində həll oluna biləcək.

Seçilən
0
1
cebheinfo.az

2Mənbələr