AZ

Duda: Putini təslim olmağa məcbur edəcək yeganə şəxs odur

ABŞ Prezidenti Donald Trampın Rusiyanı təslim olmağa və sülhə məcbur etmək üçün lazımi vasitələri var.

Teleqraf xəbər verir ki, bunu Polşa Prezidenti Anjey Duda deyib.

Polşa lideri hesab edir ki, Putini danışıqlar masasına oturmağa məcbur edə biləcək yeganə şəxs Trampdır:

“Amerika Rusiyanı müəyyən addımlara atmağa məcbur etmək üçün müxtəlif iqtisadi vasitələrdən istifadə edə bilər. Söhbət Vladimir Putini sülhə məcbur etməkdən gedirsə, bunu Amerika və ABŞ prezidenti edə bilər”.

Duda qeyd edib ki, Tramp Putinlə son müzakirələrdən sonra reallığı görüb və Rusiya liderinin fundamental maraqlarını əngəlləmək üçün radikal vasitələrə malikdir:

“ABŞ prezidentinin sərəncamında Rusiyanı buna məcbur etmək üçün alətlər var. Bu alətlərdən bəziləri çox radikal, çox sərtdir, xüsusən də söhbət müxtəlif iqtisadi alətlərdən gedir. Prezident Donald Tramp bunu həyata keçirməyə qadirdir”.
Seçilən
0
2
sherg.az

5Mənbələr