May – iyun aylarında I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanlarının ikinci mərhələsinin birinci cəhdi keçiriləcək. Bu imtahana qeydiyyat da başa çatıb. Qeyd edək ki, qeydiyyat prosesində rekord göstərici əldə edilib. Belə ki, Dövlət İmtahan Mərkəzinin məlumatına əsasən 91886 nəfər blok imtahanının I cəhdində iştirak etmək üçün qeydiyyatdan keçib.
Göstəricinin ötən illərə nisbətən daha yüksək olması abituriyentlərdə belə bir sual yaradır.
Bu il qəbul prosesində rəqabət daha güclü olacaq?
Bizim.Media mövzuyla bağlı təhsil eksperti Elmin Nurinin fikirlərini öyrənib.
Ekspert deyir ki, bu il ciddi bal artımı, rəqabət gözlənilmir.
“Demək olar ki, test imtahanına ilk keçid zamanından bu günə qədərki ən rekord göstərici qeydə alınıb və 91886 nəfər abituriyent qeydiyyatdan keçib.
Bu ilki göstərici çox olsa da, ötən illə müqayisədə kəskin fərq deyil. Həmçinin, bu il ötən illə müqayisədə plan yerinin 5000-ə yaxın artacağı bildirilir. Bu o deməkdir ki, cari ilin rəqabəti ötən ildən cüzi fərqlənəcək”.
Elmin Nuri deyir ki, bu il 5-7 min abituriyent tələbə adını almaqdan məhrum olacaq. Həmçinin vurğulayır ki, ildən-ilə plan yerlərinin artırılması, xüsusilə II qrupda 2 abituriyentə 1 qəbul yerinin olması yüksək göstəricidir.
“Artıq əvvəlki illərə nisbətən tələbə adını qazanmaq istəyənlər də, bu adı alacaq şəxslər də artır”.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta