AZ

Özelə hücum edən şəxsin ilkin ifadəsi açıqlandı

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özelə hücum edən Selçuk Tengioğlunun ifadəsi ortaya çıxıb.

“Qafqazinfo” bu barədə “Hürriyet”ə istinadən xəbər verir.

“Özgür Özelin əvvəllər Türkiyə Prezidenti, prokurorları və polisinə hədə-qorxu ilə səsləndirdiyi çıxışları məndə narahatlıq hissi yaratmışdı. Hadisə anında emosional boşluğa düşdüm və üzünə şillə vurdum. Bu hərəkəti planlaşdırmamışdım. Hadisə anidən baş verdi”, - deyə Tengioğlu ifadəsində bildirib.

Xatırladaq ki, hücumda şübhəli bilinən şəxsin 2004-cü il mayın 9-da 15 yaşlı qızı ilə 17 yaşlı oğlunu qətlə yetirdiyi, 11 yaşındakı digər qızını yaraladığı üçün ömürlük həbs cəzasına məhkum edildiyi məlum olub. O, 2020-ci ildə şərti azadlığa buraxılıb.

Seçilən
0
2
qafqazinfo.az

10Mənbələr