Demokrat.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, uzunluğu 1100 metr təşkil edən sözügedən küçənin hərəkət hissəsinin eni 14 metrdir.
Yenidənqurma işləri çərçivəsində küçəboyu frezlənmə işləri aparılıb, vətəndaşların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə mövcud piyada səkiləri bərpa olunur, zəruri yerlərdə yeniləri inşa edilir. Küçə boyu 5 metr enində yeni piyada səkilərinin tikintisi icra olunur, səki hissələrin bəzək daşlarla (tamet) örtülməsi işləri aparılır. Bundan başqa, avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz parklanmasını təmin etmək üçün 2.5 metr enində xüsusi parkinq yerləri yaradılır.
"İnşaat Norma və Qaydaları"nın tələblərinə əsasən, yeni asfalt-beton örtüyünün döşənməsi, avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkətinin təşkili üçün işıqforların və siqnal dirəklərinin quraşdırılması, zəruri yerlərdə yol nişanlarının qoyulması, yolcizgi, yolgöstərici, həmçinin piyada zolaqlarının çəkilməsi ilə küçənin sözügedən hissəsi qısa müddət ərzində yeni və müasir görkəmdə vətəndaşların istifadəsinə veriləcək.
10Mənbələr
-
news24.azBakıda bu yol yenidən qurulur - VİDEO ( 17017553)
-
valyuta.azBakının mərkəzi küçələrindən biri təmirə bağlandı - SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ! ( 17022767)
-
manset.azPaytaxtın bu küçəsinin bir hissəsi yenidən qurulur - VİDEO/FOTO ( 17018453)
-
olaylar.azPaytaxtın bu küçəsinin bir hissəsi əsaslı şəkildə yenidən qurulur (FOTO/VİDEO) ( 17018024)
-
day.azSüleyman Vəzirov küçəsinin bir hissəsi əsaslı şəkildə yenidən qurulur - FOTO - VİDEO ( 17017433)
-
publika.azBakıda bu yol yenidən qurulur ( 17017106)
-
far.azBakının Süleyman Vəzirov küçəsinin bir hissəsi yenidən qurulur ( 17016872)
-
demokrat.azSüleyman Vəzirov küçəsinin bir hissəsi yenidən qurulur — VİDEO ( 17016797)
-
busaat.azBakının Süleyman Vəzirov Küçəsində Yenidənqurma İşləri Başladı ( 17016743)
-
turkic.worldSüleyman Vəzirov küçəsinin bir hissəsi əsaslı şəkildə yenidən qurulur ( 17016347)