AZ

Çempionlar Liqası: İlk finalçı bu gün müəyyənləşəcək

UEFA Çempionlar Liqasında ilk finalçı müəyyənləşəcək.

Msport.az xəbər verir ki, yarımfinal mərhələsinin cavab oyunları çərçivəsində bu gün bir oyun keçiriləcək.

“İnter” İtaliyada “Barselona”nı qəbul edəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. İspaniyadakı ilk matçda 3:3 hesabı qeydə alınmışdı.

Yarımfinalln digər cavab görüşü isə PSJ ilə “Arsenal” arasında təşkil olunacaq.

Qeyd edək ki, Çempionlar Liqasının final oyunu mayın 31-də Almaniyanın Münhen şəhərində keçiriləcək.

Seçilən
0
msport.az

1Mənbələr